“Aqrolizinq”in mexanizatorlar üçün təşkil etdiyi təlimlər yekunlaşır

“Aqrolizinq”in mexanizatorlar üçün təşkil etdiyi təlimlər yekunlaşır Bakı. 17 avqust. REPORT.AZ/ Kənd Təsərrüfatı Nazirliyi yanında “Aqrolizinq” ASC-nin “JonhDeere” markalı pambıqyığan kombaynları idarə edəcək mexanizatorlar üçün təşkil etdiyi təlimlər başa çatmaq üzrədir.
ASK
17 Avqust , 2018 14:43
“Aqrolizinq”in mexanizatorlar üçün təşkil etdiyi təlimlər yekunlaşır

Bakı. 17 avqust. REPORT.AZ/ Kənd Təsərrüfatı Nazirliyi yanında “Aqrolizinq” ASC-nin “JonhDeere” markalı pambıqyığan kombaynları idarə edəcək mexanizatorlar üçün təşkil etdiyi təlimlər başa çatmaq üzrədir. 

"Report" xəbər verir ki, bu barədə nazirliyin açıqlamasında bildirilir. 

Məlumatda deyilir ki, iyulun 23-dən səhmdar cəmiyyərinin Yevlax rayon nümayəndəliyindəki təlim mərkəzində keçirilən təlimlərə 230 mexanizator cəlb olunub. Təlimlərin keçirilməsində məqsəd bu il pambıq yığımının tam itkisiz və vaxtında həyata keçirilməsinə nail olmaqdır.

Avqustun 20-də təlimlərin başa çatmasına həsr olunmuş tədbir keçiriləcək və müvəffəqiyyət qazanmış mexanizatorlara sertifikat təqdim olunacaq. 

Son xəbərlər

Orphus sistemi