Yuxarı
    Bağlamaq

    “Aqrolizinq” Hacıqabulda pambıq zərərvericilərinə qarşı mübarizəyə dair monitorinq keçirib

    Bakı. 14 avqust. REPORT.AZ/ Kənd Təsərrüfatı Nazirliyi yanında “Aqrolizinq” ASC-nin nümayəndələri Hacıqabul rayonunun Qarasu kəndində fermer Əlifağa Nuriyevin pambıq sahəsində pambıq zərərvericilərinə qarşı aparılan mübarizəyə dair monitorinq keçirib.

    Nazirlikdən "Report"a verilən məlumata görə, monitorinq zamanı Pestisidlər və mineral gübrələrin tədarükü, saxlanması və satışının tənzimlənməsi şöbəsinin müdir müavini Vüsal Tağıyev pambıq becərilməsi zamanı bol məhsul əldə etmək üçün müxtəlif mərhələlərdə zərərvericilərə qarşı mübarizə, bu prosesdə pestisidlərin əhəmiyyəti, pestisidlərdən düzgün, aqrotexniki qaydada istifadə barədə tövsiyələr verib.

    O, bildirib ki, hazırda monitorinq aparılan sahədə pambıq sovkasına qarşı mübarizə aparılır: “Məhsul istehsalçılarının nəzərinə çatdırmaq istəyirəm ki, pambıq sovkasının məhv edilməsi üçün “Aqrolizinq”in anbarlarında təsiredici maddəsi “Emamectinbenzoat və İndoxiycarb” olan “İndox super” insektisidi var. Bu insektisidi 150-200 litr suya qatılmaqla 1 hektara məsarif norması 250-300 qramdır. Satış qiyməti 94 manat olsa da, fermerlər bu insektisidi güzəştli şərtlərlə 28.2 manata əldə edə bilərlər”.

    V. Tağıyev fermerləri həmçinin təsiredici maddəsi “Metomil” olan Terrainsektisidinin xüsusiyyətləri ilə tanış edib: “Bu insektisidi 150-200 litr suya qatılmaqla 1 hektara məsarif norması 800 qramdır. Satış qiyməti 46 manat olsa da, fermerlər güzəştli şərtlərlə 13.8 manata əldə edə bilərlər. Bundan başqa yerli istehsal olan “Emamectinbenzoat” tərkibli Matrix insektisidi var. Bu preparatın 150-200 litr suya qatılmaqla 1 hektara məsarif norması 400 qramdır. Satış qiyməti 34 manatdır. Fermerlər güzəştli şərtlərlə 10,2 manata əldə edə bilərlər”.

    V.Tağıyev tor gənəsi, mənənə və trips zərərvericilərinə qarşı “Aqrolizinq” tərəfindən Abam, Garantinsekto-akarasidlərindən istifadə olunduğunu, onların fermerlərə 70% güzəştlə təklif edildiyini deyib. Gənələrə qarşı “Hexygit”və Kingsanseyakarasidindən istifadə edildiyini deyən “Aqrolizinq” rəsmisi bu preparatların məsarif normaları və qiymətləri barədə məlumat verib. O bildirib ki, “Aqrolizinq” pambıqçılara boy tənzimləyicisi olaraq “Mepkuat xlorid” tərkibli Kingpixvə Rhapsody biostimulyatorları təklif edib. Qurum yarpaqların tökülməsi üçün istifadə olunan defoliantın və pambıq qozalarınınaçılmasınısürətləndirmək üçün istifadə olunan stimulyatorun alınması ilə bağlı artıq yerli istehsal zavodu ilə müqavilə bağlayıb.

    Qeyd olunan preparatlar Respublikanın pambıq əkilən bütün rayonlarında tətbiq edilir və aqrotexniki qaydalara tam əməl olunduğu halda zərərvericilərə qarşı mübarizədə yüksək nəticə əldə edilir. V.Tağıyev bildirib ki, preparatların tətbiqi zamanı pestisidlərin məsarif normasına və aqrotexniki qaydalara tam əməl etdikləri halda yüksək nəticə əldə edəcəklərinə əmin ola bilərlər.

    Fermerlər “Aqrolizinq”in təqdim etdiyi bütün xidmətlərdən yararlandıqlarını və bu il məhsuldarlığın bol olacağını bildiriblər.  

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi