Yuxarı

"Aqrar Tədarük və Təchizat” yeni məhsulların qablaşdırılmasına hazırlaşır

Aqrar Tədarük-Təchizat yeni məhsulların qablaşdırılmasına hazırlaşır

Kənd Təsərrüfatı Nazirliyinə məxsus “Aqrar Tədarük və Təchizat” ASC kompotların və mürəbbələrin qablaşdırılmasını həyata keçirəcək.

Bu barədə “Report”a qurumun İdarə Heyətinin sədri Leyla Məmmədova məlumat verib. 

Onun sözlərinə görə, bu məhsulların vahid brend adı altında ixracı nəzərdə tutulub. 

Xatırladaq ki, “Aqrar Tədarük və Təchizat” “Kənddən Şəhərə” markası altında kənd təsərrüfatı məhsullarının keyfiyyətinə və sortuna görə qruplaşdırılaraq qablaşdırılmasını, brendləşdirilməsi həyata keçirir. Bu günə qədər xarici bazar üçün gilas qablaşdırılaraq ixrac edilib, müxtəlif bal növləri, “Haşimi” düyüsü, Cəlilabad noxudu, Zaqatala çayı, Düyü unu, meyvə quruları qablaşdırılaraq daxili bazarda satışa təqdim olunub.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi