Aqrar Sığorta Fondu ekonom nəqliyyat vasitələri alır

Aqrar Sığorta Fondu ekonom nəqliyyat vasitələri alır Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Sığorta Fondu ekonom sinifə aid nəqliyyat vasitələrinin satın alınması üçün açıq tender elan edib.
ASK
19 May , 2020 09:44
Aqrar Sığorta Fondu ekonom nəqliyyat vasitələri alır

Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Sığorta Fondu ekonom sinifə aid nəqliyyat vasitələrinin satın alınması üçün açıq tender elan edib.

“Report” xəbər verir ki, tenderdə iştirak haqqı 100 manatdır.

İddiaçılar ilkin sənədləri iyunun 12-si, saat 15:00-a qədər, tender təklifi və onun dəyərinin 1%-i qədər bank təminatını isə iyunun 23-ü, saat 18:00-a qədər dövlət satınalmalarının vahid internet portalına təqdim edə bilərlər. Əlaqələndirici şəxs Elgün Mədətlidir (Telefon: (077) 200-60-00).

Tenderin nəticələri iyunun 24-də, saat 15:00-da portalda açıqlanacaq. 

Son xəbərlər

Orphus sistemi