Almaniyanın üç federal torpağında sağ təmayüllü partiyalar uğur əldə edib

Almaniyanın üç federal torpağında sağ təmayüllü partiyalar uğur əldə edib Bu nəticələrin hakim koalisiyanın tərkibinə təsir etməyəcəyi bildirilir
ASK
14 Mart , 2016 02:20
Almaniyanın üç federal torpağında sağ təmayüllü partiyalar uğur əldə edib

Bakı. 14 mart. REPORT.AZ/ Almaniyanın üç federal torpağında – Reynland-Pfalts, Baden-Vyurtemberq və Saksoniya-Anhaltda parlament seçkiləri keçirilib.

"Report"un "Gazeta.Ru"-ya istinadən verdiyi xəbər görə, hər üç torpağın parlamentində sağ populist partiyalar gözləniləndən daha çox mandat əldə ediblər. Ancaq bu nəticələrin hakim koalisiyanın tərkibinə təsir etməyəcəyi bildirilir.

Qeyd edək ki, bu ilin sentyabrında Meklenburq-Ön Pomeraniya və Almaniya federasiyasında subyekt statusuna malik Berlində də eyni seçkilər baş tutmalıdır.

AFR torpaqlarında seçkilər bir çox digər ölkələrdəki regional seçkilərlə müqayisədə mühüm əhəmiyyət daşıyır. İş burasındadır ki, bundesratın (federalı torpaq təmsilçilikləri) tərkibi landtaqlardakı (federal torpaq parlamentləri) güc bölgüsündən asılıdır. Bundesratın mərkəzi hökumətin bir sıra təşəbbüslərinə sipər çəkmək imkanı var.

Adətən, federal torpaqlarda seçkiqabağı kampaniyada söhbət yerli problemlər haqqında gedir. Bu dəfə mövzu yalnız bir və ümumfederaldır – qaçqınlar, daha doğrusu, Avropa İttifaqının kəskin miqrasiya böhranı şəraitində kansler Angela Merkelin siyasətidir.

Son xəbərlər

Orphus sistemi