Bu il Aqrar Kredit və İnkişaf Agentliyinin xətti ilə 132 milyon manatdan çox investisiya qoyuluşu həyata keçirilib - ƏLAVƏ OLUNUB

Bu il Aqrar Kredit və İnkişaf Agentliyinin xətti ilə 132 milyon manatdan çox investisiya qoyuluşu həyata keçirilib - ƏLAVƏ OLUNUB İlk xəbər saat 11:05-də verilib
ASK
26 Dekabr , 2019 11:55
Bu il Aqrar Kredit və İnkişaf Agentliyinin xətti ilə 132 milyon manatdan çox investisiya qoyuluşu həyata keçirilib - ƏLAVƏ OLUNUB

İlk xəbər saat 11:05-də verilib

“Bu il kənd təsərrüfatı istehsalı vasitələrindən istifadəyə görə investisiyaların ümumi məbləği 132,258 milyon manat, o cümlədən, faizsiz kredit və subsidiyanın məbləği 89,909 milyon manat olub”.

"Report" xəbər verir ki, bunu Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Aqrar Kredit və İnkişaf Agentliyinin sədri Mirzə Əliyev deyib.

Bundan başqa, onun sözlərinə görə, il ərzində rəhbərlik etdiyi qurum güzəştli şərtlərlə 4 068 ədəd kənd təsərrüfatı texnikası, 4 510 ədəd damazlıq heyvan satıb.

“Bu il 704 kənd təsərrüfatı layihəsi nağd pul vəsaiti ilə kreditləşdirilib. Bunun üçün ayrılmış pul kreditinin məbləği 20,724 milyon manat olub. Hazırda 22 layihə icradadır”, - agentlik sədri əlavə edib. 

***

M.Əliyev onu da deyib ki, bu il fermerlərə 164 993 848 manat məbləğində kənd təsərrüfatı texnikası satılıb. Bu məbləğin 59 502 369 manatı fermerlərə güzəşt edilib, 31 725 860 manatı isə kredit kimi onlara verilib.

Son xəbərlər

Orphus sistemi