ABŞ və Rusiya silah satışı üzrə liderləridir

ABŞ və Rusiya silah satışı üzrə liderləridir Rusiya 2015-ci ildə ölkə xaricinə 55 milyard dollar həcmində silah satıb
ASK
22 Fevral , 2016 07:15
ABŞ və Rusiya silah satışı üzrə liderləridir

Bakı. 22 fevral. REPORT.AZ/ 2011-2015-ci illlər ərzində ABŞ və Rusiya silah ixracına görə dünyada lider olub.

"Report"un məlumatına görə, Stokholm Sülh Araşdırmaları İnstitutu (SİPRİ) dünya ölkələrinin müdafiə xərcləri və ölkələrin silah sənayesi ilə bağlı növbəti hesabatı yayıb.

Hesabatda bildirilir ki, ABŞ və Rusiya şirkətləri dünya bazarını sanki öz aralarında bölüb. Belə ki, dünya silah bazarının 33 faizi ABŞ-ın nəzarəti altındadır. 50 dövlətə silah Rusiya şirkətləri isə 25 faiz göstəricisi ilə ikinci sıradadır.

Qeyd edək ki, Rusiya 2015-ci ildə ölkə xaricinə 55 milyard dollar həcmində silah satıb.

Hesabatda bildirilir ki, Avropa ölkələrinin silah idxalı həddindən artıq geriləyib. Son beş il ərzində bu göstərici 41 faiz azalıb.

Son xəbərlər

Orphus sistemi