Azərbaycanda 26 mindən çox fermer əkdiyi məhsul barədə dövləti məlumatlandırıb

Azərbaycanda 26 mindən çox fermer əkdiyi məhsul barədə dövləti məlumatlandırıb İndiyə qədər Azərbaycanda 26 197 fermer əkdiyi məhsul barədə Elektron Kənd Təsərrüfatı İnformasiya Sistemində (EKTİS) məlumat yerləşdirib.
ASK
16 Noyabr , 2019 18:00
Azərbaycanda 26 mindən çox fermer əkdiyi məhsul barədə dövləti məlumatlandırıb

İndiyə qədər Azərbaycanda 26 197 fermer əkdiyi məhsul barədə Elektron Kənd Təsərrüfatı İnformasiya Sistemində (EKTİS) məlumat yerləşdirib. 

Bu barədə “Report”a Kənd Təsərrüfatı Nazirliyindən bildirilib.

Məlumata görə, bu məlumatlar 49 937 əkin sahəsini əhatə edir. 

Kənd təsərrüfatı məhsullarının istehsalçıları əkinlərin bəyan edilməsi üçün Dövlət Aqrar İnkişaf Mərkəzlərinə müraciət edə, yaxud bölgələrə ezam olunmuş səyyar qrupların xidmətlərindən yararlana bilərlər.

Xatırladaq ki, ölkə Prezidentinin “Aqrar sahədə yeni subsidiya mexanizminin yaradılması haqqında” fərmanına və bu fərmanla təsdiqlənmiş “Kənd təsərrüfatı məhsulları istehsalının subsidiyalaşdırılması Qaydası”na əsasən, 2020-ci il yanvarın 1-dən fermerlərə subsidiyalar yalnız EKTİS üzərindən veriləcək. Sistemdə qeydiyyatdan keçmək və əkin məlumatlarını daxil etmək üçün fermerlərə mütəmadi təlimlər keçirilir.

Son xəbərlər

Orphus sistemi