Yuxarı
    Bağlamaq

    Azərbaycanda tütünçülüyün əkin sahəsi genişləndiriləcək

    Dinlə

    Bakı. 7 yanvar. REPORT.AZ/ Azərbaycanda tütünçülüyün əkin sahəsinin genişləndirilməsi nəzərdə tutulur.

    Bu barədə “Report”a Kənd Təsərrüfatı Nazirliyinin Bitkiçiliyin təşkili və monitorinqi şöbəsinin müdir müavini Fərman Kərimov məlumat verib.

    Onun sözlərinə görə, bu il ölkədə tütünün əkin sahəsi 3400 ha təşkil edib: “Ötən il isə bu göstərici  3200 hektara bərabər olub. Ötən il 5,7 min ton məhsul istehsal olunub, 2017-ci ildə isə bu göstərici 5,1 min ton təşkil edib. Gələcəkdə əkin sahəsi artırılaraq, təqribən, 6 min hektara çatdırılacaq. Ölkəmizdə bu sahənin inkişaf etdirilməsi nəzərdə tutulur".

    F.Kərimov əlavə edib ki, ölkədə istehsal olunun tütün daxili təlabatı ödəmir: “Bununla yanaşı, Azərbaycanın istehsal etdiyi tütünün bir hissəsi  Rusiya və Türkiyəyə ixrac olunur. Ötən il 116 milyon dollarlıq tütün idxal olunub, 10 milyon dollarlıq tütün isə ixrac edilib".

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi