Ziya Məmmədov: "Azərbaycan nəqliyyat sahəsi yüksək inkişaf dövrünü keçirir"

Ziya Məmmədov: "Azərbaycan nəqliyyat sahəsi yüksək inkişaf dövrünü keçirir" Nazir "Bakı Beynəlxalq Dəniz Ticarət Limanı" QSC-nin yaranma tarixi barədə danışıb
İnfrastruktur
18 Mart , 2016 16:24
Ziya Məmmədov: Azərbaycan nəqliyyat sahəsi yüksək inkişaf dövrünü keçirir

Bakı. 18 mart. REPORT.AZ/ Dünyada neftin qiymətinin düşməsinə, iqtisadi fəallığın azalmasına və qlobal böhranın yaşanmasına baxmayaraq, qeyri-neft sektoru, xüsusən də nəqliyyat sahəsi yüksək inkişaf dövrünü keçirir. 

"Report" xəbər verir ki, bunu Bakıda keçirilən "Bakı Beynəlxalq Dəniz Ticarət Limanı" QSC-nin yaradılmasının bir illiyinə həsr olunmuş "Bakı limanının dünəni, bu günü və sabahı: Hesabat" adlı tədbirdə çıxışı zamanı nəqliyyat naziri Ziya Məmmədov bildirib.

Nəqliyyat naziri çıxışı zamanı son 10 il ərzində Azərbaycanda salınan respublika əhəmiyyətli yollar, körpülər, yol qovşaqları, habelə alınan nəqliyyat vasitələri, xüsusilə avtobus və taksilər barədə məlumat verib. 

Z.Məmmədov Azərbaycanda həyata keçirilən beynəlxaq nəqliyyat layihələri, Bakı-Tbilisi-Qars dəmir yolu layihəsi, o cümlədən, "Bakı Beynəlxalq Dəniz Ticarət Limanı" QSC-nin yaranma tarixi barədə danışıb.

Son xəbərlər

Orphus sistemi