Zəngilanda keçirilən beynəlxalq konfransın iştirakçıları Ağalıda olub

Zəngilanda keçirilən beynəlxalq konfransın iştirakçıları Ağalıda olub Bu gün Zəngilan şəhərində keçirilən “Beynəlxalq nəqliyyat-logistika dəhlizi: Zəngilandan inkişaf impulsları” mövzusunda beynəlxalq konfransın iştirakçıları Ağalı kəndində olub.
İnfrastruktur
16 noyabr 2023 13:18
Zəngilanda keçirilən beynəlxalq konfransın iştirakçıları Ağalıda olub

Bu gün Zəngilan şəhərində keçirilən “Beynəlxalq nəqliyyat-logistika dəhlizi: Zəngilandan inkişaf impulsları” mövzusunda beynəlxalq konfransın iştirakçıları Ağalı kəndində olub.

"Report" xəbər verir ki, xarici qonaqlara kənddə yaradılmış şərait barədə məlumat verilib.

Xatırladaq ki, konfrans Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Prezidentin Xüsusi Nümayəndəliyi, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi, Dövlət Gömrük Komitəsi və Elm və Təhsil Nazirliyinin İqtisadiyyat İnstitutunun birgə təşkilatçılığı ilə keçirilir. Tədbir sabah işini Bakıda davam etdirəcək.

Son xəbərlər

Orphus sistemi