Prezident İlham Əliyevin sentyabrın 28-də Zəngilan şəhərində təməlini qoyduğu 4-cü yaşayış kompleksindəki 3, 4 və 5 mərtəbəli çoxmənzilli binalar 131 mənzildən ibarət olacaq.
"Report"un Zəngilana ezam edilmiş müxbiri xəbər verir ki, bunu Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Prezidentin xüsusi nümayəndəliyinin böyük məsləhətçisi Aqil Qurbanov bildirib.
"Yaşayış kompleksinin inşa olunacağı ərazi şəhərin ortasıxlıqlı çoxfunksiyalı zonasında, inzibati mərkəzin yaxınlığında yerləşir. Bu kompleksin ərazisi iki hektardır", - deyə o qeyd edib.