Zaur Mikayılov Sumqayıtda vətəndaşları qəbul edib

Zaur Mikayılov Sumqayıtda vətəndaşları qəbul edib Bu gün Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin sədri Zaur Mikayılov Sumqayıt şəhərində vətəndaşları qəbul edib.
İnfrastruktur
23 iyun 2023 11:37
Zaur Mikayılov Sumqayıtda vətəndaşları qəbul edib

Bu gün Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin sədri Zaur Mikayılov Sumqayıt şəhərində vətəndaşları qəbul edib.

"Report" agentliyə istinadən xəbər verir ki, qəbulda Sumqayıt şəhəri, Qubadlı və digər rayonlardan olan sakinlər iştirak edib.

Z.Mikayılov qaldırılan məsələlərin hərtərəfli öyrənilməsi və qanunvericiliyin tələblərinə uyğun qısa müddətdə həll edilməsi üçün müvafiq tapşırıqlar verib. Müraciətlər əsasən su və kanalizasiya xətlərinin çəkilməsi, yeni sayğacların quraşdırılması, dəyişdirilməsi və digər məsələlərlə bağlı olub. Vətəndaşların müraciətlərinin bir qismi yerindəcə həllini tapıb, qaldırılan bəzi məsələlər isə araşdırılması üçün nəzarətə götürülüb.

Son xəbərlər

Orphus sistemi