Bakı. 29 dekabr. REPORT.AZ/ Bakı Nəqliyyat Agentliyi (BNA) Zabrat-Maştağa avtomobil yolunun Sabunçu körpüsündən düşən hissəsində, yerüstü piyada keçidinin yanında dayanacaq cibi salıb. Bu barədə "Report"a BNA-dan bildirilib.
Məlumata görə, bu, həmin ərazidə sərnişin avtobuslarının digər nəqliyyat vasitələrinin hərəkətinə mane olmadan dayanacağa rahat giriş-çıxışını təmin edəcək.