Yevlaxda kənd yolu yenidən qurulub

Yevlaxda kənd yolu yenidən qurulub Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi Yevlax rayonunun Tanırıqulular kənd yolunu IV texniki dərəcəyə uyğun olaraq yenidən qurub.
İnfrastruktur
27 Aprel , 2022 16:10
Yevlaxda kənd yolu yenidən qurulub

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi Yevlax rayonunun Tanırıqulular kənd yolunu IV texniki dərəcəyə uyğun olaraq yenidən qurub.

“Report” Agentliyə istinadən xəbər verir ki, yolun uzunluğu 5,5 km-dir.

2 hərəkət zolaqlı olan yola 6 metr enində hərəkət hissə və hər bir istiqamət üzrə 2 metr enində çiyinlər daxildir.

Tikinti işləri çərçi­vəsində, yol yatağı 10 metrə qədər genişləndirilib, qazma-dolma və kipləşdirmə işləri aparılıb. 224 p/metr olmaqla, suötürücü boruların tikintisi və bərpası həyata keçirilib. Yeni yol yatağı inşa edilib. Yol əsasının tikintisi və yeni asfalt-beton örtüyünün döşənməsi işləri icra olunub.

Zəruri olan yerlərdə yol nişanı və məlumatverici lövhə, avtobus dayanacaqları quraşdırılıb, yolcizgi və yolgöstərici xətlərinin çəkilişi işləri aparılıb.

Sözügedən yol 2800 nəfər əhalinin yaşadığı yaşayış məntəqəsinə qədər rahat gediş-gəlişi təmin edəcək, kənd təsərrüfatının inkişafına müsbət təsir göstərəcək.

Son xəbərlər

Orphus sistemi