Yeni Günəşli qəsəbəsində yollar buzdan təmizlənir - VİDEO

Yeni Günəşli qəsəbəsində yollar buzdan təmizlənir - VİDEO Buz bağlanmış yollara qum və duz səpilib
İnfrastruktur
2 Fevral , 2017 13:11
Yeni Günəşli qəsəbəsində yollar buzdan təmizlənir - VİDEO

Bakı. 2 fevral. REPORT.AZ/ Bakının Yeni Günəşli qəsəbəsi, "V" və "D" yaşayış massivlərinin buz bağlanmış yollarına qum və duz səpilib, yolun hərəkət hissəsi buz qalıqlarından təmizlənib. 

Bu, "Azəravtoyol" ASC-dən "Report"a daxil olan məlumata görə, ötən gecə və səhər saatlarında olduğu kimi, bu gün də avtonəqliyyat vasitələrinin hərəkətinin fasiləsizliyini və təhlükəsizliyini təmin etmək məqsədi ilə Bakı şəhərinin ASC-nin balansında olduğu küçə və prospektlərin, o cümlədən respublikanın avtomobil yollarının qardan və buzdan təmizlənməsi tədbirləri davam etdirilir.

Yollara "Azəravtoyol" ASC-yə məxsus qar kürüyən, duz-qum səpən texnikalar, həmçinin canlı qüvvə cəlb edilib. Atılmış addımlar nəticəsində nə Bakı şəhərində, nə də respublikanın avtomobil yollarında avtonəqliyyat vasitələrinin hərəkətində hər hansı bir problem müşahidə olunub.

Analoji işlər paytaxtın Xətai rayonu ərazisində də aparılır.

Son xəbərlər

Orphus sistemi