Bakıda yeni avtobus dayanacağı pavilyonları quraşdırılır

Bakıda yeni avtobus dayanacağı pavilyonları quraşdırılır Bakıda yeni avtobus dayanacağı pavilyonları quraşdırılır
İnfrastruktur
980
30 İyul , 2020 12:47
Bakıda yeni avtobus dayanacağı pavilyonları quraşdırılır

Bakıda sərnişindaşıma infrastrukturunun təkmilləşdirilməsi davam etdirilir.

"Report" xəbər verir ki, bu barədə Bakı Nəqliyyat Agentliyinin açıqlamasında bildirilir. 

Məlumatda həmçinin deyilir ki, bu çərçivədə bu ilin 6 ayında 78 ünvanda avtobus dayanacaq məntəqəsi təşkil edilib. 51 ünvanda isə dayanacaq pavilyonu quraşdırılıb ki, bunlardan da 36-sı yeni müasir tipli pavilyondur. İşlərin böyük bir qismi şəhər mərkəzindən kənarda görülüb. Bununla yanaşı Suraxanı, Sabunçu, Xəzər və Qaradağ rayonlarının ərazisində 14 ünvanda yeni dayanacaq məntəqəsinin inşası üçün zəruri işlər görülüb. 

"Qeyd olunan işlər daxil olan vətəndaş müraciətləri nəzərə alınmaqla, mütəxəssislərimiz tərəfindən aparılan təhlillərin nəticələrinə uyğun olaraq həyata keçirilib", - deyə qurum bəyan edib. 

Son xəbərlər

Orphus sistemi