Bakıda fəaliyyət göstərən “Xabad Or-Avner” yəhudi təhsil mərkəzinin şagirdləri və müəllimləri "Suraxanı" gəmi-muzeyini ziyarət ediblər.
Bu barədə "Report"a "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" QSC-dən (ASCO) məlumat verilib.
Onlar ekskursiyanın sonunda “Fəxri qonaqlar” kitabına fikirlərini yazaraq muzeydən xoş təəssüratlarla ayrıldıqlarını qeyd ediblər.
"Xabad-Or-Avner” yəhudi orta məktəbini 2010-cu ildə Heydər Əliyev Fondu və "Or-Avner” Fondu inşa edib.






