Yaxın illərdə pəncərəsiz təyyarələr istehsal olunacaq

Yaxın illərdə pəncərəsiz təyyarələr istehsal olunacaq Yeni təyyarələrdə oturacalqar geniş olacaq və üzərinə çəkilmiş xüsusi örtük vasitəsi ilə müxtəlif rənglərə salınacaq
İnfrastruktur
28 Oktyabr , 2014 19:12

Bakı. 28 oktyabr. REPORT.AZ/ Növbəti 10 il ərzində pəncərəsiz, divarları şüşədən ibarət olan təyyarələr istehsal oluna bilər. "Report"un məlumatına görə, Böyük Britaniyanın texnologiya araşdırma şirkəti olan İnnovasiya Prosesləri Mərkəzinin (İPM) yeni layihəsində belə deyilir.

Qurumun yaydığı hesabata görə, bu vaxta qədər istifadə edilən plastik pəncərələrin yerinə OLED ekranlardan istifadə etmək mümkün olacaq. Bununla da həm havaya buraxılacaq karbon qazının (CO2) miqdarı azalacaq, həm də təyyarənin hazırlanma xərcləri ucuzlaşacaq. Yeni təyyarələrdə oturacalqar həm geniş olacaq, həm də üzərinə çəkilmiş xüsusi örtük vasitəsi ilə müxtəlif rənglərə salınacaq.

Qeyd edilən təyyarələrin digər bir özəlliyi onun divarlarının hava proqnozu, suyun və digər əşyaların temperaturu haqqında məlumat vermək funksiyasının olması, həmçinin bir toxunuşla ətrafda olan əşyaların şəkillərini çəkə bilməsidir.

Son xəbərlər

Orphus sistemi