“Yaxt Klub”un nizamnamə kapitalı artırılıb

“Yaxt Klub”un nizamnamə kapitalı artırılıb “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-yə məxsus “Yaxt Klub” MMC-nin nizamnamə kapitalı 600 min manat və yaxud 18,35% artırılıb
İnfrastruktur
24 Fevral , 2021 12:18
“Yaxt Klub”un nizamnamə kapitalı artırılıb

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-yə məxsus “Yaxt Klub” MMC-nin nizamnamə kapitalı 600 min manat və yaxud 18,35% artırılıb.

“Report” xəbər verir ki, şirkətin kapitalı 3 269 667 manatdan 3 869 667 manata çatdırılıb.

“Yaxt Klub”un direktoru Yalçın Ələkbərov “Report”a açıqlamasında kapital artımını şirkətin ərazisində həyata keçirilmiş təmir işləri ilə izah edib.

Xatırladaq ki, “Yaxt Klub” kommersiya qurumu kimi 2017-ci ildə təşkil olunub. Şirkət yelkənli qayıqlar üzrə idman işinin və yarışların təşkili, balansında olan və ya istifadəsinə (idarəçiliyinə) verilmiş mehmanxana, restoran, kafe və istirahət parkının fəaliyyətinin təmin edilməsi, o cümlədən mehmanxana, servis, iaşə xidmətlərinin göstərilməsi, kütləvi tədbirlərin idarə edilməsi ilə məşğuldur.

Son xəbərlər

Orphus sistemi