Bakı. 13 yanvar. REPORT.AZ/ "Bu həftə Ukrayna-Gürcüstan-Azərbaycan-Qazaxıstan marşrutu üzrə sınaq xarakterli ilk qatarın yola düşməsi gözlənilir".
"Report" xəbər verir ki, bunu Ukraynanın baş naziri Arseni Yatsenyuk Nazirlər Kabinetinin iclasında deyib.
Onun sözlərinə görə, bu marşrutun işə düşməsi adıçəkilən ölkələrdəki bazarlarda Ukrayna mallarının dəyərini azaldacaq.
Xatırladaq ki, yanvarın 7-də Ukraynanın baş naziri Arseni Yatsenyukun Azərbaycan baş naziri Artur Rasizadə ilə telefon danışığı olub. Söhbət zamanı Ukrayna məhsullarının tranziti mövzusu müzakirə olunub.