Azərbaycanda "Yaşıl dəhliz" buraxılış sistemindən istifadə edərək 266 sahibkarlıq subyekti ixrac əməliyyatlarını həyata keçirir.
“Report”un məlumatına görə, bunu Dövlət Gömrük Komitəsinin Gömrük Nəzarətinin Təşkili və Ticarətin Asanlaşdırılması Baş İdarəsinin Xarici Ticarət İştirakçıları ilə İş şöbəsinin rəisi Mahmud Nuriyev bildirib.
Onun sözlərinə görə, idxal əməliyyatlarını isə 491 sahibkarlıq subyekti "Yaşıl dəhliz" vasitəsilə həyata keçirir.
Qeyd edək ki, 2019-cu ilin fevral ayından tətbiq edilən “Yaşıl dəhliz” buraxılış sistemi ölkəmizin ixrac potensialının artırılmasında, ticarətin asan, sürətli və şəffaf şəkildə həyata keçirilməsi üçün nəzərdə tutulub.