Yaponiya Hava Yolları 2012-ci ildən bəri ilk dəfə zərər gözləyir

Yaponiya Hava Yolları 2012-ci ildən bəri ilk dəfə zərər gözləyir Koronavirus pandemiyasına görə Yaponiya Hava Yollarına tələbat kəskin azalıb
İnfrastruktur
30 Oktyabr , 2020 17:27
Yaponiya Hava Yolları 2012-ci ildən bəri ilk dəfə zərər gözləyir

Yaponiya Hava Yolları bu il 2,29 milyard ABŞ dolları məbləğində xalis zərər gözləyir.

“Report” xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə məlumatı şirkət yayıb.

Qeyd edilib ki, koronavirus pandemiyasına görə Yaponiya Hava Yollarına tələbat kəskin azalıb.

Hava Yollarının bu itkisi 2012-ci ildən bəri ilk dəfə qeydə alınıb. Belə ki, pandemiya ilə əlaqədar həm ölkə daxilində, həm də xaricə həyata keçirilən uçuşlara tələbat kəskin azalıb. Bu isə şirkətin gəlirlərinin kəskin azalmasına səbəb olub. Bu ilin mart-sentyabr aylarında ötən ilin müvafiq dövrü ilə müqayisədə beynəlxalq sərnişin daşınması 97,7%, daxili sərnişin daşımaları isə 76,1% azalıb.

Şirkətin rəsmisi Kikuyama Hideki bəyan edib ki, 2022-ci ilə qədər 30-a yaxın sərnişin təyyarəsi xidmətdən çıxarılacaq.

Son xəbərlər

Orphus sistemi