Yanvarda Azərbaycan avtomobil istehsalını 50 % azaldıb

Yanvarda Azərbaycan avtomobil istehsalını 50 % azaldıb ​​​​​​​Bu ilin yanvar ayında Azərbaycanda 22,7 mln. manat dəyərində maşın və avadanlıqlar, sair nəqliyyat vasitələri, avtomobil, qoşqu və yarımqoşquları istehsal edilib
İnfrastruktur
18 Fevral , 2021 10:51
Yanvarda Azərbaycan avtomobil istehsalını 50 % azaldıb

Bu ilin yanvar ayında Azərbaycanda 22,7 mln. manat dəyərində maşın və avadanlıqlar, sair nəqliyyat vasitələri, avtomobil, qoşqu və yarımqoşquları istehsal edilib.

“Report” bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.

Məlumata görə, əvvəlki ilin müvafiq ayı ilə müqayisədə avtomobil, qoşqu və yarımqoşquların istehsalı 1,9 %, sair nəqliyyat vasitələrinin istehsalı 66,7 % azalıb, maşın və avadanlıqların istehsalı isə 23,5 % artıb.

Yanvar ayında 96 ədəd və ya ötən ilin müvafiq ayı ilə müqayisədə 96 ədəd və ya 50 % az minik avtomobili istehsal olunub. Bu il fevralın 1-nə ölkədə 213 ədəd hazır məhsul ehtiyatı yaranıb.

Son xəbərlər

Orphus sistemi