Xocəsən-Lökbatan avtomobil yolunun bir hissəsində hərəkət məhdudlaşdırılacaq

Xocəsən-Lökbatan avtomobil yolunun bir hissəsində hərəkət məhdudlaşdırılacaq İyunun 26-sı axşam saat 22:00-dan 27 iyun saat 06:00-a qədər Xocəsən–Lökbatan avtomobil yolunun 2-ci km-də yerləşən yerüstü piyada keçidində aparılan təmir-bərpa işləri ilə əlaqədar olaraq yolun sözügedən hissəsində avtonəqliyyat vasitələrinin hərəkəti m
İnfrastruktur
24 iyun 2023 11:31
Xocəsən-Lökbatan avtomobil yolunun bir hissəsində hərəkət məhdudlaşdırılacaq

İyunun 26-sı, saat 22:00-dan iyunun 27-si saat 06:00-a qədər Xocəsən–Lökbatan avtomobil yolunun 2-ci km-də yerləşən yerüstü piyada keçidində aparılan təmir-bərpa işləri ilə əlaqədar olaraq yolun sözügedən hissəsində avtonəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq.

“Report” xəbər verir ki, bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi məlumat yayıb.

Agentlik sürücülərə öncədən hərəkət istiqamətlərinə uyğun alternativ olaraq Bakı dairəvi avtomobil yolundan və digər yollardan istifadə etmələrini tövsiyə edib.

Son xəbərlər

Orphus sistemi