Abşeron Rayon İcra Hakimiyyəti başçısının Xırdalan şəhəri üzrə nümayəndəliyi şəhər ərazisində yolların təmiri ilə bağlı elan etdiyi açıq tenderə yekun vurub.
"Report" vahid dövlət satınalmaları portalına istinadən xəbər verir ki, tenderin qalibi "Enerji Tikinti Servis" MMC-dir.
Qalib şirkətə 1 198,8 min manat ödəniləcək.