Xırdalan dairəsindəki yeni körpünün aşırım tirlərinin montajına başlanılıb 

Xırdalan dairəsindəki yeni körpünün aşırım tirlərinin montajına başlanılıb  Bakı-Quba-Rusiya ilə dövlət sərhədi avtomobil yolunun Xırdalan dairəsi yaxınlığında yeni dəmir yolu körpüsünün metal konstruksiyalı aşırım tirlərinin montajına başlanılıb.
İnfrastruktur
821
18 Sentyabr , 2020 12:11
Xırdalan dairəsindəki yeni körpünün aşırım tirlərinin montajına başlanılıb 

Bakı-Quba-Rusiya ilə dövlət sərhədi avtomobil yolunun Xırdalan dairəsi yaxınlığında yeni dəmir yolu körpüsünün metal konstruksiyalı aşırım tirlərinin montajına başlanılıb.

Bu barədə “Report”a Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən məlumat verilib.

Məlumata görə, bundan öncə körpünün monolit dəmir-beton dayaqlarının inşası aparılaraq yekunlaşdırılıb.

Köhnə dəmiryolu körpüsünün dayaqları yolun hərəkət hissəsində avtonəqliyyat vasitələrinin normal və təhlükəsiz hərəkətinə maneə törətdiyi üçün köhnə körpünün sökülərək əvəzinə yeni biraşırımlı tağlı dəmir yolu körpüsünün inşa edilməsi ilə bağlı qərar qəbul edilib.

Yeni körpünün uzunluğu 68,5 metr, eni isə 12,7 metr təşkil edəcək.

Son xəbərlər

Orphus sistemi