Tbilisi. 8 oktyabr. REPORT.AZ/ “Bakı-Tbilisi-Qarsa dəmir yolunun rəsmi açılışı oktyabrın 30-da Bakı şəhərində keçiriləcək”.
“Report”un Gürcüstan bürosu xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov oktyabrın 8-də Tbilisidə gürcü həmkarı Mixeil Canelidze ilə görüşdə bildirib.
O deyib ki, bu beynəlxalq layihənin açılışında bir sıra dövlətlərin nümayəndə heyətləri də iştirak edəcək.
E.Məmmədyarov gürcü həmkarını bu tədbirə dəvət edib.