XİN-in kollegiya üzvlərinin tərkibi dəyişib

XİN-in kollegiya üzvlərinin tərkibi dəyişib
İnfrastruktur
14 İyun , 2019 00:13
XİN-in kollegiya üzvlərinin tərkibi dəyişib

Nazirlər Kabineti “Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin kollegiya üzvlərinin təsdiq edilməsi haqqında” 2004-cü il 3 sentyabr tarixli Qərarda dəyişikliklər edib.

"Report" xəbər verir ki, müvafiq qərarı baş nazir Novruz Məmmədov imzalayıb.

Qərara əsasən Sarıcalinskaya Elmira Yaqub qızının adı Xarici İşlər Nazirliyinin kadrlar və ixtisasartırma idarəsinin rəisi vəzifəsindən çıxarılıb. Həmin bölməyə Xarici İşlər Nazirliyinin hüquqi təminat idarəsinin rəisi Hüseynov Hüseyn İsmayıl oğlunun və Xarici İşlər Nazirliyinin Naxçıvan Muxtar Respublikasındakı idarəsinin rəisi Ələkbərli Vüsal Ziyad oğlunun adları əlavə olunub.