Xəzərlə beynəlxalq sərnişin daşımalarında onlayn bilet satışı artıb

Xəzərlə beynəlxalq sərnişin daşımalarında onlayn bilet satışı artıb Gediş-gəlişin ən çox Ələt-Aktau marşrutu üzrə müşahidə edilir
İnfrastruktur
30 Mart , 2017 17:04
Xəzərlə beynəlxalq sərnişin daşımalarında onlayn bilet satışı artıb

Bakı. 30 mart. REPORT.AZ/ “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin müştərilərə təqdim etdiyi elektron bilet xidmətinə maraq çoxalıb. Gəmiçilikdən "Report"a daxil olan məlumata görə, bu ilin yanvarında 39, fevralında 43 bilet onlayn qaydada alınıb. Martda isə ümumilikdə 45-dən çox bilet onlayn alınıb və onların 23-ü ikitərəfli olub.

Qeyd edək ki, gəmiçilikdə onlayn bilet satışı sistemi 2016-cı ilin sentyabrından tətbiq edilir. O vaxtdan ümumilikdə onlayn qaydada 209 bilet sifariş olunub. Bu biletlərin böyük hissəsini (140 ədədini) ikitərəfli sifarişlər təşkil edib.

Onlayn bilet sifarişi edənlərin əksəriyyəti Türkiyə vətəndaşlarıdır. Gediş-gəlişin ən çox müşahidə olunduğu istiqamətlər isə Ələt-Aktau-Ələtdir. Satılan biletlərin cəmi 6-sı Bakı-Türkmənbaşı istiqamətində olub.

Son xəbərlər

Orphus sistemi