Xəzərdə üzən 341 xarici dövlət gəmisində uyğunsuzluq aşkarlanıb

Xəzərdə üzən 341 xarici dövlət gəmisində uyğunsuzluq aşkarlanıb Bu, Dövlət Dəniz Administrasiyasının apardığı araşdırmalar nəticəsində məlum olub
İnfrastruktur
1902
27 Dekabr , 2016 11:25
Xəzərdə üzən 341 xarici dövlət gəmisində uyğunsuzluq aşkarlanıb

Bakı. 27 dekabr. REPORT.AZ/ Xəzərin Azərbaycan hissəsində xarici dövlətlərin bayrağı altında üzən gəmilərdə ümumilikdə 341 uyğunsuzluq halı aşkar edilib. "Report" xəbər verir ki, bu, Dövlət Dəniz Administrasiyasının 2016-cı il ərzində görülmüş işlərə dair hesabatında qeyd edilib.

"Azərbaycan Respublikasının Dövlət bayrağı altında üzən 132 gəmidə və xarici dövlətlərin bayrağı altında üzən 60 gəmidə nəzarət yoxlaması həyata keçirilib. Xarici dövlətlərin bayrağı altında üzən 60 gəmidən 26-sı Rusiya, 19-u İran, 4-ü Qazaxıstan və 11-i Türkmənistana məxsus olub. Xarici dövlətlərin bayrağı altında üzən gəmilərdə ümumilikdə 341 uyğunsuzluq halı aşkar edilib. Qeyd edilən uyğunsuzluqlardan 273-ü “Dənizdə insan həyatının mühafizəsi haqqında Beynəlxalq Konvensiya”nın (SOLAS), 15-i “Dənizin gəmilərdən çirkləndirilməsinin qarşısının alınmasına dair Beynəlxalq Konvensiya”nın (MARPOL), 32-si “Dənizdə Əməyə dair Konvensiyası”nın (MLC), 10-u “Yük nişanı haqqında Beynəlxalq Konvensiya”nın (ICLL), 7-si “Dənizdə gəmilərin toqquşmasının qarşısının alınmasına dair beynəlxalq qaydalar haqqında Konvensiya”nın (COLREG) və 4-ü digər beynəlxalq konvensiyaların tələblərinin pozulması ilə əlaqədar olub", - deyə sənəddə bildirilib.

Hesabat dövrü ərzində Dövlət Dəniz Administrasiyası tərəfindən “Gəmi və liman vasitələrinin mühafizəsinə dair” Beynəlxalq Məcəllənin (ISPS Code) tələblərinə əsasən, Azərbaycanın Dövlət bayrağı altında üzən 30 gəmidə yeniləmə və 27 gəmidə ilkin yoxlama keçirilib və bu gəmilərə “gəminin “Gəmi və liman vasitələrinin mühafizəsi haqqında” Beynəlxalq Məcəllənin tələblərinə uyğun olması haqqında Şəhadətnamə” verilib. Həmçinin, 13 gəmidə ara yoxlaması keçirilib.

Son xəbərlər

Orphus sistemi