Xəzər Dəniz Gəmiçiliyi yeni tender elan edib

Xəzər Dəniz Gəmiçiliyi yeni tender elan edib Müsabiqədə iştirak etmək üçün sənədlər iyunun 21-dək təqdim olunmalıdır
İnfrastruktur
1562
15 İyun , 2017 15:50
Xəzər Dəniz Gəmiçiliyi yeni tender elan edib

Bakı. 15 iyun. REPORT.AZ/ “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC paranit, rezin, kipləyicinin və əyləc lenti, plastmas boru və santexnika malları, mətbəx ləvazimatları, polad künclüklər, şveller və ikitavrlar, əlvan təbəqələr, metal torlar və məftillər, mis borular, akkumulyatorlar və bolt, qayka, şurup, mismar və xamutların alınması məqsədilə açıq müsabiqə elan edib.

"Report"un dövrü mətbuata istinadən verdiyi məlumata görə, müsabiqədə iştirak etmək istəyən şəxslər www.acsc.az səhifəsinə daxil olmaqla elanlar bölməsindən əlavə sənədləri və ətraflı məlumat əldə edə bilərlər.

Sənədlər iyunun 21-i saat 18:00-dək Bakı şəhəri, M.Rəsulzadə küçəsi,5 ünvanına təqdim edilməlidir.

Son xəbərlər

Orphus sistemi