Xətai rayonunda daha bir küçə təmir edilir

Xətai rayonunda daha bir küçə təmir edilir 10 yerdə piyada keçidi zolaqları çəkiləcək, 16 min kv.metr ərazi asflatlanacaq
İnfrastruktur
5 Aprel , 2017 16:37
Xətai rayonunda daha bir küçə təmir edilir
Azeravtoyol.gov.az

Bakı. 5 aprel. REPORT.AZ/ Bakının Xətai rayonunda Sarayevo küçəsinin təmiri işlərinə başlanılıb. 

“Azəravtoyol” ASC-dən "Report"a daxil olan məlumata görə, küçədə yolun köhnə asflat-beton örtüyünün üst qatı frezlənərək kənara daşınıb. Yolun hərəkət hissəsi asfaltlanması üçün hazır vəziyyətə gətirilib. Daha sonra küçəyə ikiqat olmaqla asfalt-beton örtüyü döşənəcək. Ümumilikdə, 16 min kv.metr ərazinin asflatlanması nəzərdə tutulub.

"Hazırda küçə boyu mövcud piyada səkilərinin bərpa edilməsi, kənarlarına səki daşlarının düzülməsi işləri görülür. Uzunluğu 1 260 metr, 4 hərəkət zolaqlı olmaqla yolun eni bir istiqamət üzrə 7,5 metr olan küçənin ümumi eni 15 metrdir. Piyada səkilərinin eni isə 1,5 metr təşkil edir. Təmir işləri çərçivəsində küçə boyu 1 015 poqon metr yeni səki daşları düzüləcək. Aparılan işlər zamanı səth sularının yolun hərəkət hissəsindən kənarlaşdırılması üçün nəzərdə tutulan mövcud yağış-kanalizasiya sistemi bərpa olunacaq, zəruri olan yerlərdə 9 ədəd yeni yağış barmaqlıqları qoyulacaq, 28 ədəd isə yeraltı kommunikasiya xətlərinin yeni baxış qapaqları quraşdırılacaq", - deyə məlumatda qeyd edilib.

Qeyd edək ki, avtonəqliyyat vasitələrinin hərəkətinin normal təşkili üçün zəruri olan yerlərdə yol nişanları quraşdırılacaq, yolcizgi və yolgöstərici xətlər, həmçinin 10 yerdə piyada keçidi zolaqları çəkiləcək.

Son xəbərlər

Orphus sistemi