“Wizzair” Gürcüstandan 12 yeni istiqamət üzrə uçuşları təxirə salıb

“Wizzair” Gürcüstandan 12 yeni istiqamət üzrə uçuşları təxirə salıb Macarıstanın aşağı büdcəli aviaşirkəti Wizzair” Gürcüstanın Kutaisi şəhərindən 12 yeni istiqamət üzrə uçuşları təxirə salıb.
İnfrastruktur
14 Avqust , 2019 12:24
“Wizzair” Gürcüstandan 12 yeni istiqamət üzrə uçuşları təxirə salıb

Macarıstanın aşağı büdcəli aviaşirkəti "Wizzair” Gürcüstanın Kutaisi şəhərindən 12 yeni istiqamət üzrə uçuşları təxirə salıb.

“Report”un Gürcüstan bürosu xəbər verir ki, bu barədə şirkət məlumat yayıb.

Yeni istiqamətlər üzrə uçuşların təxirə salınmasının səbəbi təyyarələrin tədarükünün gecikdirilməsidir.

“Wizzair”in Kutaisidəki bazasının 4-cü və 5-ci təyyarələri hava limanına 2020-ci ildə müvafiq olaraq iyul və dekabr aylarında xidmət göstərməyə başlayacaq.

Avişirkət Kutaisi hava limanına iki Airbus A320 təyyarəsinin əlavə olunacağı və 12 yeni istiqamət – Frankfurt, Hamburq, İraklion, Karlsrue/Baden-Baden, Neapol, Nitsa, Nürnberq, Piza, Poznan, Stokholm, Turku və Venesiya şəhərlərinə uçuşlar elan etmişdi.

“Wizzair” bu istiqamətlər üzrə biletlər əldə edən sərnişinlərdən üzr istəyib və onlara biletin dəyərinin qaytarılması və ya dəyişdirilməsi üçün bir neçə variant təklif edib. 

Son xəbərlər

Orphus sistemi