“Wizzair” Gürcüstandakı bazasını bərpa edir

“Wizzair” Gürcüstandakı bazasını bərpa edir İyulun 1-dən Macarıstanın aşağıbüdcəli “Wizzair” şirkəti Gürcüstanın Kutaisi beynəlxalq hava limanındakı bazasını bərpa edəcək.
İnfrastruktur
29 İyun , 2021 13:57
“Wizzair” Gürcüstandakı bazasını bərpa edir

İyulun 1-dən Macarıstanın aşağıbüdcəli “Wizzair” şirkəti Gürcüstanın Kutaisi beynəlxalq hava limanındakı bazasını bərpa edəcək.

“Report”un yerli büroxu səbər verir ki, bu barədə Gürcüstanın İqtisadiyyat və Dayanıqlı İnkişaf Nazirliyindən bildirilib.

Loukoster yenilənmiş aeroportdan 6 istiqamət üzrə - Milan, Praqa, Afina, Saloniki, Larnaka, Memmingen şəhərlərinə reyslər yerinə yetirəcək.

İlkin mərhələdə epidemioloji vəziyyət və Avropa ölkələrində tətbiq olunan məhdudiyyətlər səbəbindən Kutaisidən müntəzəm reyslər həftədə bir dəfə həyata keçiriləcək, qış mövsümündən etibarən isə istiqamət və reyslərin sayı tədricən artırılacaq.

“Wizzair” Kutaisi hava limanında bazasını 2012-ci ildə yaradıb. Ötən ilin iyulunda bazanın fəaliyyəti dayandırılıb.

Son xəbərlər

Orphus sistemi