WizzAir Bakıya aviareyslərin bərpasını təxirə salıb

WizzAir Bakıya aviareyslərin bərpasını təxirə salıb WizzAir: "Azərbaycan tərəfi aeroport rüsumları və vergilərlə bağlı müqavilə bəndlərini yerinə yetirməyib"
İnfrastruktur
18 Mart , 2015 18:14
WizzAir Bakıya aviareyslərin bərpasını təxirə salıb

Bakı. 18 mart. REPORT.AZ/ Macarıstan-Polşa operatoru olan WizzAir şirkəti tərəfindən hayata keçirilən Bakı-Budapeşt aviareysinin bərpa olunması qeyri-müəyyən vaxta təxirə salınıb.

Şirkətin nümayəndəsi Daniel de Karvalyo "Report"a bildirib ki, reyslərin bərpası Heydər Əliyev Beynəlxalq Hava Limanının əvvəlcədən əldə olunan razılaşma şərtlərinin yerinə yetirməməsi səbəbindən təxirə salınıb. 

"Azərbaycan tərəfi aeroport rüsumları və vergilərlə bağlı müqavilə bəndlərini yerinə yetirməyib", - şirkətin nümayəndəsi qeyd edib. 

D.Karvalyo azərbaycanlıların bu şirkətin lou-kost xidmətlərindən istifadə edə bilmədiklərinə görə təəssüf etdiyini bildirib: "WizzAir müştərilərə bütün alınan biletlərin qiymətini ödəyəcək".

Qeyd edək ki, bir müddət əvvəl aviaşirkət reyslərin martın 29-da bərpa olunacağı haqqında məlumat yayıb. Daha sonra reyslər haqqında məlumat şirkətin rəsmi saytından silinib, reyslərin bərpa olunmasının yeni tarixi kimi 5 may qeyd olunub. Hazırda şirkətin saytında Bakı-Budapeşt reysinə bilet almaq mümkün deyil. 

Son xəbərlər

Orphus sistemi