“Wizz Air”in Gürcüstandan uçuşlarının bərpası ləngiyir

“Wizz Air”in Gürcüstandan uçuşlarının bərpası ləngiyir Loukosterin Kutaisi şəhərindəki bazası tələbat yaranacağı təqdirdə bərpa oluna bilər
İnfrastruktur
19 Fevral , 2021 17:00
“Wizz Air”in Gürcüstandan uçuşlarının bərpası ləngiyir

Macarıstanın aşağı büdcəli “Wizz Air” aviaşirkəti Gürcüstandakı bazasını bu ayın sonuna qədər bərpa edə bilməyəcək.

“Report”un yerli bürosu xəbər verir ki, bu barədə şirkətin nümayəndəsi Andraş Rado “Formula” telekanalına müsahibəsində deyib.

Onun sözlərinə görə, loukosterin Kutaisi şəhərindəki bazası tələbat yaranacağı təqdirdə bərpa oluna bilər.

Şirkət rəsmisi Gürcüstandan uçuşların bərpasının 2 amildən – tələbat və 3-cü ölkələrdən vətəndaşların Avropa İttifaqı ərazisinə daxil olmasına qoyulan məhdudiyyətlərdən asılı olduğunu bildirib: “Biz Gürcüstan və digər ölkələr arasında uçuşlar həyata keçirmək üçün icazələr almağa çalışırıq. Lakin bu, asan deyil. Təəssüflər olsun ki, Kutaisi beynəlxalq hava limanından reys yerinə yetirə biləcəyimiz bir istiqamət belə hələ tapılmayıb. Məhz buna görə hesab edirik ki, mart ayı uçuşların bərpası üçün olduqca tezdir”.

“Wizz Air”in Gürcüstandakı bazası 2016-cı ildə fəaliyyətə başlayıb. 2020-ci ilin iyulunda şirkət Gürcüstan bazarını tərk edib. Koronavirus pandemiyasından öncə aviaşirkət Kutaisidən 40 müxtəlif istiqamət üzrə müntəzəm reyslər həyata keçirib.

Son xəbərlər

Orphus sistemi