​“Wizz Air” Avropaya yeni aviareyslər açır

​“Wizz Air” Avropaya yeni aviareyslər açır Yeni aviareyslər İspaniya, Yunanıstan və Bolqarıstanın kurort şəhərlərinə uçuşlar yerinə yetirəcək
İnfrastruktur
24 Oktyabr , 2014 17:09
​“Wizz Air” Avropaya yeni aviareyslər açır

Bakı. 24 oktyabr. REPORT.AZ/ Gələn ildən etibarən müştərilər Budapeşt vasitəsi ilə Avropanın bir çox şəhərlərinə səyahət edə biləcəklər. "Report"un məlumatına görə, bu barədə Macarıstanın "Wizz Air" aviaşirkəti məlumat yayıb.

Belə ki, 2015-ci ildən etibarən "Wizz Air" şirkəti Budapeştdən Avropanın bir çox şəhərlərinə yeni reyslər açacaq. Şirkətin rəsmi saytında yerləşdirilən məlumata görə, yeni reyslərdən biri Budapeşt-Alikanta istiqamətində olacaq. İspaniyanın bu şəhərinə uçuşlara mayın 17-dən etibarən başlanacaq. Bolqarıstanın Burqas şəhərinə isə ilk uçuş iyunun 13-də yerinə yetiriləcək. Həmçinin, iyunun 14-dən Budapeştdən Yunanıstanın Krit adasına, iyunun 16-dan isə Zakintosa reyslər açılacaq.

Son xəbərlər

Orphus sistemi