Vüsal Kərimli: "Avtobusların iştirakı ilə ölüm və xəsarət halları azalıb"

Vüsal Kərimli: "Avtobusların iştirakı ilə ölüm və xəsarət halları azalıb" "2020-ci ildə Bakıda sərnişin avtobuslarının iştirakı ilə baş vermiş qəzaların sayı 2019-cu illə müqayisədə 21,2% az olub"
İnfrastruktur
28 Aprel , 2021 12:02
Vüsal Kərimli: Avtobusların iştirakı ilə ölüm və xəsarət halları azalıb

"2020-ci ildə Bakıda sərnişin avtobuslarının iştirakı ilə baş vermiş qəzaların sayı 2019-cu illə müqayisədə 21,2% az olub".

"Report" xəbər verir ki, bunu Bakı Nəqliyyat Agentliyinin sədri Vüsal Kərimli bildirib.

"Ötən il bu qəzalar nətcəsində ölüm halları 9% , xəsarət halları isə 31,2% azalıb.

2011-2015-ci illərdə 351 qəza baş verib, həlak olanların sayı 193 nəfər olub, xəsarət alanlarin sayı isə 563 nəfər olub. 2016-2020-ci illərdə isə 84 qəza baş verib, həlak olanların sayı 65 nəfər, xəsarət alanların sayı isə 169 nəfər olub", - deyə o, qeyd edib.

Son xəbərlər

Orphus sistemi