​Vergilər Nazirliyi 33 mərtəbəli bina inşa etdirir

​Vergilər Nazirliyi 33 mərtəbəli bina inşa etdirir Binanın hündürlüyü 169 metr, ümumi sahəsi 44,2 min kv. metr olacaq
İnfrastruktur
3048
29 İyul , 2016 15:00
​Vergilər Nazirliyi 33 mərtəbəli bina inşa etdirir

Bakı. 29 iyul. REPORT.AZ/ Türkiyənin “Tekfen İnşaat” şirkəti Azərbaycan Vergilər Nazirliyinin yeni inzibati binasının tikintisini həyata keçirəcək. “Report” xəbər verir ki, bu barədə şirkət rəsmi saytında məlumat yayıb.

Məlumata görə, hündürlüyü 169 metr olacaq bina 33 mərtəbəldir. Ümumilikdə, 44 200 kv. metr qapalı sahəyə malik layihə çərçivəsində bina 30 min kv. metr ərazidə yerləşəcək.

Qeyd edək ki, SOCAR-ın rəsmi inzibati binası olan “SOCAR Tower”i də “Tekfen İnşaat” inşa edib.

Son xəbərlər

Orphus sistemi