Vaşinqtonda VIII illik Transxəzər Forumu işə başlayıb

Vaşinqtonda VIII illik Transxəzər Forumu işə başlayıb Vaşinqtonda “Orta Dəhlizin imkanlarını necə artırmaq olar” mövzusunda VIII illik Transxəzər Forumu öz işinə başlayıb.
İnfrastruktur
21 May , 2024 18:22
Vaşinqtonda VIII illik Transxəzər Forumu işə başlayıb

Vaşinqtonda “Orta Dəhlizin imkanlarını necə artırmaq olar” mövzusunda VIII illik Transxəzər Forumu öz işinə başlayıb.

"Report" xəbər verir ki, “Caspian Policy Center” analitik mərkəzinin təşkilatçılığı ilə keçiriləcək tədbirdə Xəzər regionu ölkələrinin ABŞ-də akkreditə olunmuş diplomatik nümayəndəliklərinin rəhbərləri, o cümlədən Azərbaycanın ABŞ-dəki səfiri Xəzər İbrahim iştirak edir.

Açılış mərasimində Xəzər Siyasət Mərkəzinin icraçı direktoru Əfqan Nifti son 12 ayda Xəzər regionunda mühüm hadisələrin baş verdiyini vurğulayıb. Bunlara Orta Dəhlizin inkişafı, eləcə də Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşması prosesində irəliləyişlər, qlobal investisiyaların artması və bərpa olunan enerji mənbələrindən istifadəyə keçid daxildir.

ABŞ Dövlət katibinin Mərkəzi və Cənubi Asiya məsələləri üzrə köməkçisinin müavini Con Mark Pommerşeym öz növbəsində qeyd edib ki, ABŞ hökumətinin Transxəzər regionu ilə bağlı siyasəti ölkənin bütün Mərkəzi Asiya ilə bağlı siyasətinin əsas elementidir.

Xatırladaq ki, Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu Çin, Qazaxıstan, Xəzər dənizi, Azərbaycan, Gürcüstan ərazisindən keçərək Türkiyə və Avropa ölkələrinə uzanan beynəlxalq nəqliyyat dəhlizidir.

Son xəbərlər

Orphus sistemi