Ukrayna-Gürcüstan-Azərbaycan-Qazaxıstan-Çin marşrutu üzrə ilk eksperimental reys həyata keçirilib

Ukrayna-Gürcüstan-Azərbaycan-Qazaxıstan-Çin marşrutu üzrə ilk eksperimental reys həyata keçirilib Marşrutun uzunluğu 5471 km-dir
İnfrastruktur
15 Yanvar , 2016 18:37
Ukrayna-Gürcüstan-Azərbaycan-Qazaxıstan-Çin marşrutu üzrə ilk eksperimental reys həyata keçirilib

Bakı. 15 yanvar. REPORT.AZ/ Bu gün Ukraynanın İlyiçevsk dəniz limanından Ukrayna-Gürcüstan-Azərbaycan-Qazaxıstan-Çin marşrutu üzrə ilk reys həyata keçirilib.

"Report" Ukrayna KİV-inə istinadən xəbər verir ki, konteyner qatarın yola çıxması münasibətilə təşkil edilən mərasimdə Ukraynanın infrastruktur naziri Andrey Pivovarski, iqtisadi inkişaf naziri Ayvaras Abromaviçus, baş nazirin müavini Gennadi Zubko, Odessa vilayət administrasiyasının rəhbəri Mixeil Saakaşvili, dəmir yolu idarəsinin rəhbəri vəzifəsini icra edən Aleksandr Zavqorodniy iştirak edib.

Marşrutun uzunluğu 5471 km-dir.

Marşrut "İpək Yolu"nun yeni istiqaməti və malların Ukraynadan Rusiya ərazisinə daxil olmadan adıçəkilən ölkələrin bazarlarına çatdırılması üzrə alternativdir. Marşrut xətti üzrə iki dəfə - İliçevsk - Batumi və Ələt - Aktau marşrut xəttində bərədən istifadə olunacaq.

Xatırladaq ki, yanvarın 14-də Azərbaycan, Ukrayna, Gürcüstan və Qazaxıstan rəqabət qabiliyyətini yüksəltmək üçün bi marşrut üzrə güzəştli yükdaşımaları haqqında protokol imzalayıb.

Son xəbərlər

Orphus sistemi