Ukrayna aviaşirkəti Bakıdan qeyri-müntəzəm uçuş həyata keçirəcək

Ukrayna aviaşirkəti Bakıdan qeyri-müntəzəm uçuş həyata keçirəcək Biletlərin qiyməti 496 manatdan başlayır.
İnfrastruktur
528
17 Dekabr , 2020 13:35
Ukrayna aviaşirkəti Bakıdan qeyri-müntəzəm uçuş həyata keçirəcək

Ukraynanın “SkyUp Airlines” aviaşirkəti dekabr ayında Azərbaycana qeyri-müntəzəm uçuş həyata keçirəcək.

“Report” xəbər verir ki, bu barədə aviaşirkətin yaydığı məlumatda qeyd olunub.

Bildirilir ki, aviaşirkət Bakı-Kiyev reysi üzrə qeyri-müntəzəm uçuşlar edəcək. Adlçəkilən reys üzrə uçuşun dekabrın 28-də həyata keçirilməsi planlaşdırılıb.

Biletlərin qiyməti 8 100 qrivnadan (496 manat) başlayır.

Bu çarter reysi Ukrayna vətəndaşlarını vətənə qaytarmaq üçün təşkil olunub.

Qeyd edək ki, yalnız vətəndaşlığı və ya təyinat ölkəsinə giriş hüququ olan, eləcə də koronavirus (COVID-19) testindən keçərək mənfi nəticə alan sərnişinlər uçuşa buraxılacaq.

Bundan başqa, “SkyUp Airlines” aviaşirkəti Kiyev-Tbilisi-Kiyev və Kiyev-Daşkənd-Kiyev qeyri-müntəzəm uçuşlar həyata keçirəcək. Tbilisi-Kiyev reysləri 19, 26 30 dekabrda baş tutacaq. Kiyev-Daşkənd reysləri isə 17, 26 dekabr, həmçinin 2021-ci ilin 620 yanvar tarixlərində baş tutacaq. Daşkənd-Kiyev qeyri-müntəzəm aviareysləri isə 17, 24 dekabr və 7, 21 yanvar tarixlərində həyata keçiriləcək.

Bundan öncə qeyd edilib ki, “SkyUp” aviaşirkəti dekabr və yanvar aylarında Çexiya, İtaliya və Fransaya da qeyri-mütənzəm uşuşlar həyata keçirəcək.

Son xəbərlər

Orphus sistemi