Üç avtobusun hərəkət sxemində dəyişiklik edilib

Üç avtobusun hərəkət sxemində dəyişiklik edilib Aparılan tikinti-bərpa işləri ilə əlaqədar olaraq, Bibiheybət məscidindən şəhər istiqamətinə yeni yol ilə hərəkət müvəqqəti məhdudlaşdırılır.
İnfrastruktur
29 Mart , 2020 21:11
Üç avtobusun hərəkət sxemində dəyişiklik edilib

Aparılan tikinti-bərpa işləri ilə əlaqədar olaraq, Bibiheybət məscidindən şəhər istiqamətinə yeni yol ilə hərəkət müvəqqəti məhdudlaşdırılır.

Bakı Nəqliyyat Agentliyindən “Report”a bildirilib ki, tikinti-bərpa işləri ilə əlaqədar olaraq mart ayının 30-u səhər saatlarından Bibiheybət məscidindən şəhər və əks istiqamətdə, yeni yolda nəqliyyat vasitələrinin hərəkətində məhdudiyyət tətbiq ediləcəyindən ərazidə fəaliyyət göstərən 120,125 və 205 nömrəli müntəzəm marşrutların hərəkət sxemlərində dəyişiklik edilərək köhnə Bibiheybət yolu – 20-ci Sahə dairəsi ilə təşkil ediləcəkdir.

Son xəbərlər

Orphus sistemi