TURKUAZ layihəsi çərçivəsində daha bir konteyner blok qatarı ölkəmizdədir

TURKUAZ layihəsi çərçivəsində daha bir konteyner blok qatarı ölkəmizdədir “Azərbaycan Dəmir Yolları” QSC-nin (ADY) törəmə şirkəti olan “ADY Konteyner” MMC-nin Türkiyənin “Pasifik Eurasia Logistics” və Gürcüstanın “GR Logistics and Terminals” şirkətləri ilə birgə hazırladığı yeni logistik məhsul – TURKUAZ layihəsi çərçivəsində d
İnfrastruktur
430
11 İyun , 2021 15:03
TURKUAZ layihəsi çərçivəsində daha bir konteyner blok qatarı ölkəmizdədir

“Azərbaycan Dəmir Yolları” QSC-nin (ADY) törəmə şirkəti olan “ADY Konteyner” MMC-nin Türkiyənin “Pasifik Eurasia Logistics” və Gürcüstanın “GR Logistics and Terminals” şirkətləri ilə birgə hazırladığı yeni logistik məhsul – TURKUAZ layihəsi çərçivəsində daha bir konteyner blok qatarı Türkiyədən Azərbaycana gəlib.

Bu barədə "Report"a “ADY Konteyner”dən bildirilib.

Ankaranın Marşandiz stansiyasından yola çıxan blok qatarın təyinat məntəqəsi "ADY Konteyner"in Sumqayıt terminalıdır. ADY-yə məxsus 20 futluq 32 konteynerdə Türkiyədən ölkəmizə sənaye məqsədli ümumi çəkisi 880 ton olan soda məhsulu gətirilib.

Yeni logistik məhsul olan TURKUAZ layihəsi çərçivəsində həftədə iki dəfə olmaqla Türkiyədən Azərbaycana və əks istiqamətdə yükdaşımalar həyata keçirilir.
İxrac –idxal yükləri daşıyacaq qatarın müntəzəm olaraq fəaliyyət göstərməsi Bakı-Tbilisi-Qars dəmir yolu ilə daşınan yüklərin həcminin artmasına, bu xəttin imkanlarının genişlənməsinə və rəqabət qabiliyyətinin güclənməsinə təkan verəcək.

TURKUAZ expres blok qatarı ilə həmçinin, Avropadan Türkiyənin Qara dəniz və Aralıq dənizi limanlarına gətirilən yüklərin Azərbaycana çatdırılması nəzərdə tutulur.

Son xəbərlər

Orphus sistemi