Türkmənistandan Türkiyəyə propilen daşıyan konteyner qatarı Mersinə çatıb 

Türkmənistandan Türkiyəyə propilen daşıyan konteyner qatarı Mersinə çatıb  Türkmənistanda istehsal olunanpropileninin növbəti partiyası Bakı-Tbilisi-Qars dəmir yolu xətti ilə Türkiyəyə çatdırılıb.
İnfrastruktur
18 Avqust , 2020 11:31
Türkmənistandan Türkiyəyə propilen daşıyan konteyner qatarı Mersinə çatıb 

Türkmənistanda istehsal olunan propileninin növbəti partiyası Bakı-Tbilisi-Qars dəmir yolu xətti ilə Türkiyəyə çatdırılıb.

"Report" bu barədə "Azərbaycan Dəmir Yolları" QSC-nin törəmə müəssisəsi "ADY Konteyner" MMC-yə istinadən xəbər verir. 

Məlumata görə, propilenin yükləndiyi 40 konteynerdən ibarət blok qatarın “Türkmənbaşı-Mersin” marşrutu üzrə operatoru “ADY Konteyner”, Gürcüstanın "GR Logistics" və Türkiyənin "Pasifik Eurasia Lojistik" şirkətləridir.

40 və 45 futluq konteynerlər Türkmənbaşı limanından Bakıya operatoru "ADY Konteyner” olan “Balkan” fider gəmisi ilə çatdırılıb. Konteynerlər Ələt Limanında aşırıldıqdan sonra, platformalara yüklənərək Türkiyəyə yola salınıb.

Bu, Türkmənistan propilenini Türkiyəyə daşıyan üçüncü konteyner blok qatarıdır. Digər blok qatarlar da hər biri 40 və 45 futluq olmaqla  40 konteynerdən ibarət olub.

Son xəbərlər

Orphus sistemi