Türkmənistan gəmisi Bakıda təmir olunur

Türkmənistan gəmisi Bakıda təmir olunur Bakı. 23 yanvar. REPORT.AZ/ Türkmənistanın Dəniz Ticarət Donanmasına məxsus “Berkarar” gəmi-bərəsi Bakıdakı “Zığ” Gəmi Təmiri və Tikintisi zavodunda təmir olunur.
İnfrastruktur
23 yanvar 2018 06:50
Türkmənistan gəmisi Bakıda təmir olunur

Bakı. 23 yanvar. REPORT.AZ/ Türkmənistanın Dəniz Ticarət Donanmasına məxsus “Berkarar” gəmi-bərəsi Bakıdakı “Zığ” Gəmi Təmiri və Tikintisi zavodunda təmir olunur.

Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi”ndən “Report”a verilən məlumata görə, zavodda gəminin sualtı və suüstü hissələrinin təmizlənməsi və üçqat boya ilə rənglənməsi həyata keçirilir. Eyni zamanda, hər iki baş mühərrik, dizel generatorlar, 6 nasos təmir olunur.

“Berkarar” gəmisinin boru və elektrik sistemlərində də təmir işləri görülür.

Xatırladaq ki, zavodun əsas fəaliyyət istiqaməti Xəzər Dəniz Gəmiçiliyinə və başqa təşkilatlara məxsus gəmiləri və texniki avadanlığı təmir etməkdən, onlar üçün sifarişlər əsasında müxtəlif növ ehtiyat hissələri, texniki vasitələr hazırlamaqdan ibarətdir.

Son xəbərlər

Orphus sistemi