Türkiyə vətəndaşlarının Monteneqronun daşınmaz əmlak bazarına investisiyaları kəskin artıb

Türkiyə vətəndaşlarının Monteneqronun daşınmaz əmlak bazarına investisiyaları kəskin artıb 2018-ci ildə Türkiyə vətəndaşları Monteneqronun daşınmaz əmlak bazarına investisiyaları 2017-ci illə müqayisədə 2,2 dəfə artırıb.
İnfrastruktur
27 Sentyabr , 2019 16:21
Türkiyə vətəndaşlarının Monteneqronun daşınmaz əmlak bazarına investisiyaları kəskin artıb

2018-ci ildə Türkiyə vətəndaşları Monteneqronun daşınmaz əmlak bazarına investisiyaları 2017-ci illə müqayisədə 2,2 dəfə artırıb. 

"Report" bu barədə türk mətbuatına istinadən xəbər verir. 

Məlumata görə, ötən il Monteneqroda türklərin əldə etdiyi əmlakların ümumi dəyəri 15,1 milyon avro olub. Bu baxımdan Türkiyə vətəndaşları yalnız Rusiya vətəndaşlarından geri qalıb. Ruslar 2018-ci ildə Monteneqroda 39 milyon avro dəyərində əmlak alıb. 3-cü yedə isə 13,5 milyon avroluq göstərici ilə Serbiya vətəndaşları qərarlaşıb. 

Ümumilikdə, ötən il Monteneqronun daşınmaz əmlak bazarına 185 milyon avro pul qoyulub. 

Son xəbərlər

Orphus sistemi