Türkiyənin özəl nəqliyyat şirkətləri Xəzər dənizində işləmək niyyətindədir

Türkiyənin özəl nəqliyyat şirkətləri Xəzər dənizində işləmək niyyətindədir Nazir Ziya Məmmədov: "Lakin dəniz nəqliyyatındakı milli və biznes maraqları da nəzərə alınmalıdır"
İnfrastruktur
11 May , 2016 11:43
Türkiyənin özəl nəqliyyat şirkətləri Xəzər dənizində işləmək niyyətindədir

Bakı. 11 may. REPORT.AZ/ Türkiyənin özəl dəniz şirkətlərinin Xəzərdə Bakı-Aktau-Bakı və Bakı-Türkmənbaşı-Bakı marşrutu ilə hərəkət etməsi məsələsi hazırda müzakirə olunur. 

"Report" xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında nəqliyyat naziri Ziya Məmmədov bildirib: "Lakin dəniz nəqliyyatında həm milli maraqlar, həm də biznes maraqları nəzərə alınmalıdır".

Nazir deyib ki, qeyd edilən şirkətlərin təklifləri Azərbaycanın maraqlarına uyğun olarsa, bunun reallaşaması mümkün ola bilər: "Lakin onların təklifləri bizi qane etməsə, digər məsələlər müzakirə ediləcək. Bununla belə, birmənalı şəkildə fikir bildirməyi əslində doğru hesab etmirəm. Bu prosesi dəniz nəqliyyat bazarındakı şərtlər və biznes müəyyən edir".

Son xəbərlər

Orphus sistemi