Türkiyəli siyasətçi: "BTQ-ni İstanbuldan Avropaya və Çinə qədər gedən dəmir "İpək yolu" kimi görürəm"

Türkiyəli siyasətçi: "BTQ-ni İstanbuldan Avropaya və Çinə qədər gedən dəmir "İpək yolu" kimi görürəm" Ankara. 27 mart. REPORT.AZ/ Mən bir siyasətçi, Turana inanan insan kimi Bakı-Tbilisi-Qars (BTQ) dəmir yolu xəttini İstanbuldan Avropaya və Çinə qədər gedən dəmir İpək yolu kimi görürəm.
İnfrastruktur
27 Mart , 2018 09:57
Türkiyəli siyasətçi: BTQ-ni İstanbuldan Avropaya və Çinə qədər gedən dəmir İpək yolu kimi görürəm

Ankara. 27 mart. REPORT.AZ/ "Mən bir siyasətçi, Turana inanan insan kimi Bakı-Tbilisi-Qars (BTQ) dəmir yolu xəttini İstanbuldan Avropaya və Çinə qədər gedən dəmir "İpək yolu" kimi görürəm". 

Bunu "Report"un Ankaraya ezam olunmuş müxbirinə açıqlamasında Türkiyədən olan siyasətçi, keçmiş millət vəkili Sinan Oğan deyib.

Onun sözlərinə görə, Bakı-Tbilisi-Ceyhan (BTC) əsas ixrac boru kəməri xətti kimi BTQ də Türkiyə ilə Azərbaycanı bir-burinə daha da yaxınlaşdıracaq: "İnanıram ki, Türkiyə ilə Azərbaycanın bu birliyi bundan sonra da davam edəcək. "Bir millət, iki dövlət", "Azərbaycanın kədəri kədərimiz, sevinci sevincimizdir" anlayışı bundan sonra da davam edəcək. Əminəm ki, önümüzdəki seçkilər də buna xidmət edəcək".

Son xəbərlər

Orphus sistemi